“Milan” və “Napoli”nin sabiq baş məşqçisi Cennaro Qattuzo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis Burayda şəhərinin “Əl-Taavon” klubuna keçməyə yaxındır. Qattuzonun son iş yeri “Marsel” olub.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə Perikles Çamouskinin rəhbərlik etdiyi “Əl-Taavon” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.