Azərbaycan II Liqasında sonuncu turun oyunları keçirlir.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşü “Cəbrayıl” və “Füzuli” komandaları arasında keçirilib. Çempionatın ikinciliyi uğrundakı mübarizədə Cavid Hüseynovun baş məşqçisi olduğu “Cəbrayıl” görüşdən qalib ayrılıb – 2:1.
Bu nəticəylə Qarabağ təmsilçisi I Liqaya yüsəlmək üçün pley-off mərhələsinə vəsiqə qazanıb.
“Cəbrayıl” pley-offda I Liqanın 9-cu pilləsində yer alan “Difai Ağsu” komandası ilə qarşılaşacaq.