“Yuventus” Tiaqo Mottaya tapşırılır.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis çalışdığı “Bolonya”dan ayrılıb. O, Turin klubundan gələn təklif səbəbindən hazırkı klubu ilə mövcud müqaviləni pozmalı olub.
İtaliya mətbuatı yazır ki, “Yuve” Motta ilə 3 illik müqavilə imzalayacaq. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.