19 Sentyabr 2024
Dünya futbolu

Polşa – Türkiyə oyununa necə baxaq?

Avro-2024-ə hazırlıq məqsədi ilə Türkiyə milisi yoxlama matçında Polşa ilə qarşılaşacaq.

İdmanxeeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ölkəmizdə CBC Sport, Türkiyədə isə TRT Spor kanalı canlı yayımlayacaq.

Avro-2024-də Türkiyə F, Polşa isə D qrupunda mübarizə aparacaq.

2024-cü ildə Avropa çempionatı Almaniyada keçiriləcək. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43