Millimizin müdafiəçisi Rahil Məmmədov Polşanın “LKS Lodz” klubundan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, qarşılıqlı razılıq əsasında oyunçuyla müqaviləyə xitam verilib. Məmmədov hazırda azad agent statusu daşıyır.
Futbolçu 2024-cü ilin əvvəlində “Qarabağ”dan bu kluba keçmişdi.