20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” bu cəhətdən yararlanıb rəqibini üstələyə bilər”

“Azərbaycan klublarından ilk “Zirə” avrokubok oyunlarına başlayır. Komandanın “Şerif”lə yaxşı oyunayaraq qələbə qazanacağına inanıram. “Zirə”nin avrokubok oyunlarına yaxşı startı digər komandalarımız üçün də motivatsiya ola bilər”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Adil Şükürov qəsəbə təmsilçisinin Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Şerif” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Biz nə qədər yaxşı stardan danışsaq da, rəqibin gücünü də küçümsəməməliyik. “Şerif” komandasının Avropada böyük təcrübəsi var. Lakin nə qədər təcrübəli olsalar da, məşqçinin avrokubok görüşlərində ilk oyunu olacaq. “Zirə” bu cəhətdən yararlanıb rəqibini üstələyə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43