Almaniyanın “Ayntraxt” klubu “Kopenhagen”in və Danimarkanın gənclərdən ibarət yığmasının mərkəzi yarımmüdafiəçisi Oskar Hoylundu transfer elan edib.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Oskar “Mançester Yunayted”in və Danimarka yığmasının hücumçusu Rasmus Hoylundun kiçik qardaşıdır.
2023/24 mövsümündə oyunçu “Kopenhagen”in heyətində bütün yarışlarda 23 oyun keçirib və 1 məhsuldar ötürmə edib.