19 Sentyabr 2024
Ölkə futbolu

Millimizin ev oyunu bu stadionda keçiriləcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da olacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43