İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2024-cü il futbol üzrə Avropa çempionatının ən yaxşı oyunçusu olub.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu turnirdə 6 oyun keçirib və 1 qol vurub.
İspanlar Avro-2024-ün finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək tarixdə dördüncü dəfə kuboka sahib çıxıblar. Onlar bu göstərici üzrə rekordçudurlar.
Rodri 2018-ci ildən İspaniya millisində çıxış edir. Ümumilikdə o, ölkəsinin heyətində 55 oyuna 4 qol vurub.