“Atletiko”nun hücumçusu Alvaro Morata “Milan”a keçib.
İdmanxeber.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı ispaniyalı ilə 2028-ci il iyulun 30-dək 4 illik müqavilə imzalanıb.
Müqavilədə onu daha bir mövsüm uzatmaq variantı var.
Morata 7 nömrə ilə forma ilə çıxış edəcək. “Transfermarkt” portalı transferin məbləğini 13 milyon avro qiymətləndirib.

