20 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt”da xaos: Riad Rəfiyev vədinə əməl etmir

“Sumqayıt” klubunda növbəti dəfə maliyyə böhranı yaşanır. Akademiyada çalışan məşqçilər və texniki işçilər iki aydır maaşlarını ala bilmirlər.

Pulların davamlı gecikməsi akademiyada ciddi narahatçılığa səbəb olub. Minimum əmək haqqı səviyyəsində maaş alan məşqçilər və texniki işçilər yaranmış vəziyyətdən təngə gəlib.

Onlar hər dəfə maaşlarının yubanmasından narazıdır. Riad Rəfiyev dəfələrlə məsələnin yoluna qoyulacağını vəd etsə də, problem həll olunmur. 

Rəhbərliyin bu məsələni həll edə bilməməsi və ya ciddi yanaşmaması isə klub daxilində söz-söhbətlərə yol açıb. Durumdan xeyli narazı olan klub üzvləri yaranmış vəziyyətdən Rəfiyevi məsul görür.

Onlar “Sumqayıt” rəhbərinin belə önəmli məsələdə ciddiyətsiz davranmasını qəbul edə bilmirlər.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43