“Mançester Yunayted” “Real”ın vingeri Vinisius Juniorla maraqlanır
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 24 yaşlı braziliyalı üçün 230 milyon avro ödəməyə hazırdır. Futbolçunun özünə illik 200 milyon avro maaşla 5 illik müqavilə təklif olunub.
Qeyd olunur ki, oyunçu “Real”dan ayrılmaqda maraqlı deyil.
Vinisius 2018-ci ildən Madrid təmsilçisində çıxış edir. Ötən mövsüm forvard 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.