“Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi sosial şəbəkə hesabında yazıb.
29 yaşlı futbolçu ötən gün “Neftçi” ilə ilə 3 illik müqavilə imzalanıb.
O, əvvəllər “İnqolştadt”, “Verder”(Bremen), “Nürnberq”, “Arsenal”(Tula), “Sent-Trüden”, “Əl-Tai” klublarında oynayıb.