“Barselona” “Atletik”in vingeri Niko Uilyamsın transferi ilə bağlı razılığa gəldiyinə əmindir.
İdmanxeber.az-ın məlumatına görə, klub öz layihəsində 22 yaşlı ispaniyalını razı salıb. “Barselona” transferi həyata keçirmək üçün La Liqadan icazə gözləyir.
Daha əvvəl məlum olmuşdu ki, kataloniyalılar futbolçunu müqaviləsində yazılan 58 milyon avroya satın almaq bəndindən yararlanacaq.
2023/24 mövsümündə Uilyams “Atletik”in heyətində bütün yarışlarda 37 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.