“Borussiya”dan ayrılan Mats Hummels karyerasını “Real”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” oyunçunun xidmətində maraqlıdı. 35 yaşlı futbolçunun yaxın günlərdə “Real”la müqavilə bağlayacaq. Artıq tərəflər arasında danışıqlar tamamlanıb.
Hummels ötən mövsüm Bundesliqada 25 oyun keçirib və 3 qol vurub.