21 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” – “Fehervar” oyununa bu qədər bilet satılıb

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” – “Fehervar” (Macarıstan) matçına 8 min bilet satılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 20:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43