18 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” daha 3 futbolçu transfer edəcək!

Yay təlim-məşq toplanışını Türkiyədə keçirən “Turan Tovuz” heyətini minimum daha 2 futbolçu ilə gücləndirəcək.

İdmanxeber.az-ın məlumatına görə, qərb komandasının yeni baş məşqçisi Kurban Berdiyev rəhbərliyin qarşısına azı 2-3 transferin mümkünlüyünü çatdırıb. Artıq bir futbolçu ilə danışıqlar müsbət yekunlaşmaq üzrədi.

2024/2025 mövsümünün startına kimi “Turan Tovuz” daha 2 yeni legionerlə güclənəcək.

Qeyd edək ki, Tovuz klubu bugünə kimi Elçin Qasımov (icarədən qayıdıb, “Şamaxı”), Tural Bayramlı, İvan Konovalov,  Sergey Samok, Kristian da Silva, Veysəl Rzayev, Rüfət Əhmədov, Araş Qadirini heyətinə qatmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43