“Bavariya” müdafiəçi Conatan Ta üçün “Bayer” ikinci təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 28 yaşlı almaniyalı üçün 20 milyon avro ödəməyə hazırdır. Həmçinin 5 milyon avro bonus şəklində ödənilə bilər.
Oyunçunun Leverkuzen klubuyla hazırkı müqaviləsi gələn il başa çatır.
2023/24 mövsümündə Ta bütün yarışlarda 48 matçda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.