21 Sentyabr 2024
Dünya futbolu

Azərbaycanlı futbolçu “Napoli”yə qarşı oynadı – VİDEO

Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu İtaliyanın “Napoli” kollektivi ilə yoxlama görüşü keçirib. 

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin start heyətdə başladığı matç Neapol təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:0. Əliyev görüşün 88-ci dəqiqəsində əvəzlənib.

Xatırladaq ki, ötən mövsümü “Araz Naxçıvan”da keçirən futbolçu bu yay Albaniya klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43