Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. Ağdam klubu Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib. İlk turda səfərdə rəqibini məğlub edən (2:0) təmsilçimiz, Bakıda da qalib gəlməyi bacarıb – 5:0.
Qeyd edək ki, mərhələ adlayacaq tərəf üçüncü turda “Ludoqorest” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə UEFA Avropa Liqasında üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) – 5:0
Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, L.Andrade, 72
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:0