21 Sentyabr 2024
Ölkə futbolu

Slovakiya – Azərbaycan oyununun keçiriləcəyi stadion açıqlandı

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli II turda Slovakiya seçməsi ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq IV turdakı Azərbaycan – Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43