21 Sentyabr 2024
Dünya futbolu

“İnter”in futbolçusu Fransa klubuna keçir

“İnter”in yarımmüdafiəçisi Valentin Karboni karyerasını “Marsel”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “qara-göylər” 19 yaşlı argentinalını 35 milyon avro satın almaq opsiyonu ilə Fransa klubuna icarəyə verəcək. Bundan əvvəl “İnter” futbolçu ilə müqaviləni 2029-cu ilə qədər uzadacaq.

Ötən mövsüm Karboni “Monza”da icarə əsasında çıxış edib. O, komandanın heyətində 32 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43