20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə”yə Slovakiyada dəstək olacaq?

“Zirə” UEFA Konfrans Liqası II təsnifat mərhələsi cavab oyununda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “DAC 1904”-lə səfərdə görüşündə təmsilçimizi azsaylı fanatlar qələbəyə səsləyəcək. Hələlik Slovakiyadakı oyunda “qartallar”a dəstək olmaq üçün kluba 10-15 arası həmyerlimiz müraciət edib.

Bu rəqəmin oyun gününə qədər artmaq ehtimalı da var.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 1-də, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Tərəflər arasındakı ilk matç “Zirə”nin 4:0 hesablı qələbəsiylə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43