20 Sentyabr 2024
Dünya futbolu

Almaniya klubu “Barselona”dan 60 milyon tələb edir

“Barselona” “Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmonun mümkün transferi üçün çalışmaları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu kataloniyalılara oyunçunu 60 milyon avroya buraxmağa hazır olduqlarını bildirib. “Barselona” bu məbləğin çox olduğunu düşünür. Tərəflər arasında danışıqlar davam edir.

Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə “Leyptsiq”in heyətində 25 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43