20 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”nin gündəmində olan futbolçu “Beşiktaş”dan ayrıldı

“Neftçi”nin transfer gündəmində olan Aydın Hasiç “Beşiktaş”dan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır. O, hansısa kluba keçsə, “Beşiktaş” bu transfersən pay alacaq.

Bir müddət öncə Türkiyə mətbuatı “Neftçi”nin bosniyalı oyunçunu heyətinə qatmaq istədiyini yazmışdı.

“Beşiktaş” Aydın Hasiçi 2020-ci ilin yanvar ayında Zaqreb “Dinamo”sundan transfer edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43