Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” klubu heyətini gücləndirməyə davam edir.
Bölgə təmsilçisi baxışa “Qarabağ”ın sabiq oyunçusu Elvin Yunuszadəni dəvət edib. Bu barədə İdmanxeber.az saytına oyunçu özü məlumat verib.
O, artıq Qəbələdə olduğunu və yekun qərarın danışıqlardan sonra veriləcəyini bildirib.
Xatırladaq ki, millimizin sabiq üzvü daha öncə “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubu ilə Çempionla Liqası qrup mərhələsində çıxış edib.

