01 İyul 2026
Dünya futbolu

Pep Qvardiola: “O, qeyri-adi uşaqdır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın çıxışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis həmyerlisi barədə xoş sözlər danışıb:

“O, qeyri-adi uşaqdır. Rodri mənə Yamalın möcüzələrindən danışır. Onun haqqında xüsusi bir şey olmalıdır. Amma bunun mütləq  enişləri olacaq. Sakit olsun, çünki onu böyük karyera gözləyir. O, layiq olduğu yerdədir”.

Yarımmüdafiəçi Avro-2024-də İspaniya yığmasının heyətində 7 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Turnir zamanı Yamalın 17 yaşı tamam oldu.

Ötən mövsüm yarımmüdafiəçi “Barselona”nın heyətində bütün turnirlərdə 50 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43