“Qarabağ”ın futbolçusu Olaviyo Juninyo Çempionlar Liqası II təsnifat mərhələsində Bakıda keçirilən “Linkoln” oyunu (5:0) barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı hücumçu qarşılaşmanı belə şərh edib: “İnam qazanmaq baxımından çox önəmli oyun idi. Həmdə oyun ritmini hiss etmək üçün xeyirli oldu. Qarşıda bir həftə var. Bu həftə ərzində növbəti oyuna köklənmək üçün çalışmaq lazımdır
27 yaşlı braziliyalı futbolçu azarkeşlərin stadionun doldurmaqlarından da söz açıb: “Əslində, bu qədər azarkeşin gələcəyini gözləyirdim. Avropa miqyaslı yarışlarda azarkeşlər həmişə bizə dəstək olublar. Ümid edirəm ki, nəinki Avropa yarışlarında, milli çempionatda da azarkeşlər gəlib bizə dəstək olacaqlar. Çünki bizim qarşıda böyük hədəflərimiz var”.

