01 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası qrupunda oynamış futbolçu bölgə klubuna dəvət olundu

Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” klubu heyətini gücləndirməyə davam edir.

Bölgə təmsilçisi baxışa “Qarabağ”ın sabiq oyunçusu Elvin Yunuszadəni dəvət edib. Bu barədə İdmanxeber.az saytına oyunçu özü məlumat verib.

O, artıq Qəbələdə olduğunu və yekun qərarın danışıqlardan sonra veriləcəyini bildirib. 

Xatırladaq ki, millimizin sabiq üzvü daha öncə “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubu ilə Çempionla Liqası qrup mərhələsində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43