01 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” rəsmisi: “İlk ev oyunumuzu axşam saatlarında keçirə biləcəyik”

“Tovuz şəhər stadionunda işıqlandırma ilə əlaqədər işlərimiz çox sürətli davam edir”.

Bu sözləri İdmanxeber.az saytına klubun idarə heyətinin sədr müavini Əli Balakişiyev arenada davam edən təmir işləri ilə bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:

“Demək olar ki, dayanmırıq. Axşam saatlarında belə çalışmalar davam edir. Özüm də Tovuzdayam. Ayın 5-6-dək işlərin tamamlamması gözlənilir. Bu da o deməkdir ki, ilk ev oyunumuzu axşam saatlarında keçirə biləcəyik”.

Xatırladaq ki, ötən mövsüm “Turan Tovuz” – “Araz Naxçıvan” oyununda güclü küləkdən sonra stadionun işıq dirəyi meydançaya aşmışdı.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43