UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksələn “Zirə” və “Sabah”ın qazanacağı məbləğ bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, UEFA növbəti mərhələyə yüksələn komandaların hər birinə 550 min avro ödəyəcək. “Zirə” və “Sabah” III təsnifat mərhələsində iştirak etdiyi üçün büdcəsini bu qədər zənginləşdirəcək.
Xatırladaq ki, klublarımız II təsnifat mərhələsində çıxış etdikləri üçün daha 250 min avro mükafat alıb.