31 Oktyabr 2024
Ölkə futbolu

“Kəpəz” yeni formalarını təqdim etdi – FOTOLAR

“Kəpəz”in yeni mövsüm üçün oyun formaları təqdim olunub.

İdmanxeber.az-ın məlumatına görə, geyimlər ənənəvi olaraq klubun rənglərinə uyğun – sarı və göy rəngdədir.

Bu dəfə fərqli dizayn edilən formalar yaxalıqlıdır. Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların adı və ya soyadı əks olunub.

Geyimlər İspaniyanın tanınmış “Joma” firmasının istehsalıdır.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43