UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə” – “Osiyek” (Xorvatiya) matçı yunanıstanlı Aristotelis Diamantopoulosa tapşırılıb. Tərəflər arasındakı “Dalğa Arena”dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.
Turnirdəki digər təmsilçimiz olan “Sabah” “Sent-Patriks Atletik”lə (İrlandiya) ilk səfər oyununu isə islandiyalı Vilhjalmur Thorarinsson idarə edəcək. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.