26 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” avrokuboklarda rekordu təkrarladı

“Qarabağ” Çempionlar Liqası III təsnifat mərhələsində avrokuboklardakı rekordu təkrarlayıb.

İdmanxeber.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən xəbər verir ki, təmsilçimiz bir oyunun əlavə vaxtında 4 qol vuran 5 komandadan biridir.

Bunu dahha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın “Lans” (1977/1978), Kiprin “Omoniya” (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) klubları bacarıb. Adıçəkilən komandalar avrokuboklarda əlavə vaxtda 4 dəfə fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43