27 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” Zaqrebdə dəstəksiz qalmayacaq

“Qarabağ” bu gün Çempionlar Liqası pley-off mərhələsində Xorvatiyada “Dinamo” ilə üz-üzə gələcək.

Təmsilçimiz Zaqrebdəki matçda dəstəksiz qalmayacaq. Bu barədə İdmanxeber.az saytına klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, “Qarabağ”ı dəstəkləmək üçün “Maksimir” stadionunda 100-ə yaxın azarkeşimiz olacaq. Hacıyev bilet satışının davam etdiyini və oyun saatına qədər bu rəqəmin arta biləcəyini də vurğulayıb.

Xatırladaq ki, “Dinamo” – “Qarabağ” matçı bu axşam saat 23:00-da start götürəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43