27 Oktyabr 2024
Ölkə futbolu

Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43