18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.