27 Sentyabr 2024
Ölkə futbolu

Hakimləri təhqir etdi, AFFA onu bağışlamadı

AFFA İntizam Komitəsi MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, qərar komitənin bugünkü iclasında açıqlanıb.

 

M.Rəhimov 1-ci liqanın 3-cü turunda “Difai” ilə keçirilən oyunda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Məşqçinin 5 oyunluq cəzasından başqa, MOİK klubu 400 manat cərmə də olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43