Misli Premyer Liqasında cari mövsümdə ikinci baş məşqçi istefası reallaşa bilər.
Cari mövsümün 7 oyununun 5-də məğlub olan “Sumqayıt”da qeyri-müəyyən günlər hökm sürür. Ardıcıl məğlubiyyətlər komandada daxili ab-havanın korlanmasına səbəb olub. Klub rəhbəri Riad Rəfiyev bu durumdan qurtulmaq üçün Samir Abasovu qurban seçib.
Əgər “Sumqayıt” qarşıdakı iki turda da məğlub olarsa, o zaman Abasovun istefası qaçılmaz olacaq. Onsuz da rəhbərlik-baş məşqçi arasındakı gərginlik hamıya bəllidi. Rəfiyev də mövcud situasiyadan maksimum yararlanmaq niyyətindədi. Məhz bu məqsədlə də, qarşıdakı iki oyunda alınacaq yenilgi Abasovun “Sumqayıt”dan qovulacağı ilə nəticələnəcək.
Xatırladaq ki, “Sumqayıt”ın 8-9-cu turlardakı rəqibi müvafiq olaraq “Neftçi” və “Qarabağ”dı.
İdmanxeber.az