Misli Premyer Liqasının VIII turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Neftçi Arena”da baş tutan “Neftçi” – “Sumqayıt” görüşü olub. Qarşılaşmanı tribunalardan 3899 tamaşaçı izləyib.
Turun az azarkeşi isə “Araz Naxçıvan” – “Kəpəz” matçında qeydə alınıb. “Kapital Bank Arena”da keçirilən oyunu cəmi 200 tamaşaçı izləyib.
Digər görüşlərdə qeydə alınan azarkeş sayı belədir:
“Zirə” – “Kəpəz”, Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı
“Şamaxı” – “Turan Tovuz”, Şamaxı şəhər stadionu, 2000 tamaşaçı
“Qarabağ” – “Sabah”, “Azersun Arena”, 1500 tamaşaçı