04 Oktyabr 2024
Ölkə futbolu

Ən zəifi Elvin, ən yaxşısı isə Romao (FOTO)

“Qarabağ” UEFA Avropa Liqası Liqa mərhələsinin II turunda doğma meydanda “Malmö”yə məğlub olub (1:2).

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından futbolçuların perfomansları qiymətləndirilib. Nüfuzlu “Flashscore” saytı komandamızda ən aşağı qiyməti Elvin Cəfərquliyevə verib. Onun çıxışı 6,1 xalla dəyərləndirilib.

Qapıçı Buntiçin də oyunu zəif görülüb. O, Cəfərquliyevdən sonra ən aşağı qiymət alan futbolçu olub (6.,2).

Ağdam klubunun ən yaxşısı Julio Romao seçilib. Braziliyalıya dünənki çıxışına görə, 7,1 bal verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43