07 Oktyabr 2024
Ölkə futbolu

“Azərbaycanlı futbolçuları Dubaya aparmaq fikrim var”

“Azərbaycanlı futbolçular bir xeyli inkişaf edib. Xüsusən də gənc oyunçuları vurğulamaq istəyirəm. Onlarla davamlı işləyirəm. Oman, Türkiyə və Dubay klubları ilə əməkdaşlığım var. Sizin yerli futbolçuları Dubaya aparmaq fikrim var. Bu barədə 1-2 oyunçu ilə danışıq aparmışam”.

Bu sözləri İdmanxeber.az saytına iranlı menecer Payam Bayzar deyib. O, hazırda Azərbaycan klublarıyla çalışdığını bildirib:

İranlı futbolçularla bərabər azərbaycanlı və afrikalı futbolçularla da çalışıram. Premyer Liqa klublarından bir neçəsi məndən müxtəlif mövqelərə oyunçular istəyib. Ola bilsin ki, qışda onlarla əməkdaşlıq etdim. Artıq I Liqaya iki futbolçu vermişəm. Onlardan biri Peyman Keşavarzidir. O, “Karvan”la anlaşıb. Amma əsas məqsədim yerli oyunçuları ölkə xaricinə çıxarmaqdır. Ola bilsin ki, qış transfer pəncərəsində bir-iki azərbaycanlı futbolçunu xarici klublara verdim”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43