“Real” rəhbərliyinin bəzi üzvləri komandanın baş məşqçisi Karlo Ançelottinin istefaya göndərilməsinin tərəfdarıdır.
İdmanxeber.az “Relevo” portalına istinadən xəbər verir ki, onlar “Barselona”ya məğlubiyyətdən (0:4) narazıdır. Rəhbərlik üzvləri məşqçinin klubun gənc futbolçuları ilə yaxşı işləmədiyini və xüsusən də 19 yaşlı yarımmüdafiəçi Arda Güləri meydana buraxmadığı üçün onu tənqid edir.
Ançelotti 2021-ci ildən “Real”a rəhbərlik edir. O, bu müddətdə iki dəfə Çempionlar Liqası və UEFA Super Kubokunu, bir dəfə İspaniya Liqası və Kral Kubokunu qazanıb.