28 Oktyabr 2024
Ölkə futbolu

Premyer Liqada XIV turun oyun proqramı məlum oldu

Misli Premyer Liqasında XIV turun oyun proqramı məlum olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, tura üç gün ərzində yekun vurulacaq.

“Neftçi” – “Zirə” görüşünün start fiti noyabrın 23-də, saat 19:00-da səsləndiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Sabah” matçı isə noyabrın 24-də, saat 17:00-da başlayacaq.

Misli Premyer Liqası

II dövrə, XIV tur

22 noyabr

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

Tovuz şəhər stadionu

23 noyabr

17:00. “Səbail” – “Qarabağ”

“ASCO Arena”

19:00. “Neftçi” – “Zirə”

“Neftçi Arena”

24 noyabr

17:00. “Turan Tovuz” – “Sabah”

Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Şamaxı”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43