28 Oktyabr 2024
Dünya futbolu

İtaliya klubu Balotellini açıqlamağa hazırlaşır

İtaliyanın “Cenoa” klubu hücumçu Mario Balotelli ilə müqavilə imzalamağa razılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, klub müqaviləni bu gün elan edəcək. 34 yaşlı futbolçu bütün lazımi sənədləri imzalamaq üçün səhər saatlarında şəhərə gəlib.

Balotelli azad agentdir. 2023/24 mövsümündə “Adana Dəmirspor”da çıxış edən forvard Türkiyə komandasında 16 matçda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43