“Mançester Yunayted”in baş məşqçisi vəzifəsini icra edən Rud van Nistelroy daha üç oyunda komandanın sükanı arxasında qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, artıq klub yeni baş məşqçi ilə mütləq razılığa gəlib. Bu, “Sportinq”in çalışdırıcısı Ruben Amorim olacaq. Portuqaliyalı 3 oyundan sonra – noyabrın ortalarında millidə fasilə zamanı yeni komandasına qoşulacaq.
Mançester təmsilçisi portuqaliyalı üçün 9,2 milyon funt sterlinq (11 milyon avro) ödəyəcəyi gözlənilir.