“Real” rəhbərliyi komandanın braziliyalı vingeri Vinisius Junior ilə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu oyunçuya yüksək maaş təklif edib. Rəhbərlik Səudiyyə Ərəbistanı klublarının Vinisiusa mümkün marağından narahatdır.
Braziliyalı isə “Real”la müqaviləni yeniləməyə tələsmir. Hazırda sözləşmənin uzadılması ilə bağlı danışıqlar irəliləmir.
Vinisius 2018-ci ilin iyulundan “Real”da çıxış edir. Ümumilikdə 24 yaşlı braziliyalı komandanın heyətində 279 oyuna çıxıb, 91 qol vurub və 82 məhsuldar ötürmə edib.