Gənclər Liqasında növbəti oyunlar keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın U-19 komandası son turda evdə “Araz-Naxçıvan”la qarşılaşıb. “ASK Arena”da keçirilən oyun “bayquşlar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 7:0.
Matçda qolları Stepen Ende (4), Elgün Dünyamalıyev, İbrahim Xəlilov və Atilla Hüseynli vurub.
Cari mövsümdə Gənclər Liqasında 10 oyun keçirən U-19 komanda oyunlarının hamısını qələbə ilə başa vurub və 30 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb.