23 Noyabr 2024
Ölkə futbolu

Milli komandanın Belarusa planlaşdırılan səfəri təxirə salındı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusa planlaşdırılan səfəri təxirə salınıb.

İdmanxeber.az xəbər verir ki, AFFA-nın bununla bağlı yaydığı açıqlamada Belarusda təşkili nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşlərinin başqa vaxta keçirildiyi bildirilib.

 

Bunun səbəbləri açıqlanmayıb. Qeyd olunub ki, qərar hər iki tərəfin qarşılıqlı razılığı əsasında verilib.

Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43