Polşa çempionatının 14-cü turunda millimizin müdafiəçi Rahil Məmmədovun formasını geyindiyi “Radomiak” doğma meydanda “Piast”ı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, iki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Hazırda “Radomiak” 13 xalla 13-cü pillədədir.